Bakı fransızları bu layihələrdən çıxartmalıdır - Korotçenko
Azərbaycan Fransaya maliyyə cəhətdən təsir etməlidir.
Kanal.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko fransalı siyasətçi Valeri Pekressin Qarabağa “gizli giriş”lə səfərini şərh edərkən bildirib.
“Diplomatik və siyasi reaksiyalarla yanaşı, Azərbaycan Parisi maliyyə cəhətdən cəzalandırmalıdır. Bakı fransız şirkətlərinə sərfəli olan layihələrdən onları çıxartmalıdır. O zaman Fransa prezidentliyinə namizədlərindən heç biri artıq Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymağa cəsarət etməyəcək”, - o qeyd edib.
- Ölkə
- 19 Yanvar 2022