Bakı festivalında “Avropa adəti” - Cütlüklər kamera qarşısında öpüşdü - VİDEO

  • Gündəm
  • 24 İyul 2025
68823af4cf710202507255356

“Sea Breeze”də keçirilən “Dream Fest” musiqi festivalında qeyri-adi an yaşanıb. Festival zamanı tətbiq edilən və əyləncə tədbirlərində geniş yayılmış “Kiss Cam” (Öpüş Kamerası) bölməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

“Kiss Cam” əsasən, Amerika və Avropa stadionlarında, konsert və festivallarda tətbiq edilən bir əyləncə növüdür. Belə ki, kamera təsadüfi şəkildə cütlükləri ekrana gətirir və həmin cütlüklərdən öpüşmələri istənilir. 

“Dream Fest”də də bu format tətbiq edilib. Kameraya düşən cütlüklərin öpüşməsi ətrafdakıların marağına səbəb olsa da, görüntülər sosial şəbəkələrə yayıldıqdan sonra bir sıra istifadəçilər tərəfindən tənqid edilib.

Şərhlərdə bildirilib ki, bu kimi görüntülər Azərbaycanın milli-mənəvi dəyərlərinə ziddir: “Bura Avropa deyil”, “mentalitetimizə uyğun gəlmir”, “ailəmlə baxmağa utanıram” kimi rəylər diqqət çəkib. Digər tərəfdən, bir çox istifadəçi bunun əyləncə məqsədli olduğunu qeyd edərək festivala rəng qatdığını müdafiə edib.

Qeyd edək ki, xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən “Dream Fest” musiqi festivalı 23–26 iyul tarixlərində baş tutur. / Yenisabah.az

Oxşar xəbərlər