“Azovstal”dakı yaralıların təxliyəsinə başlanıldı

  • Dünya
  • 16 May 2022 16:13
  • Oxunub: 173

Mariupoldakı “Azovstal” zavodunda olan ukraynalı yaralı hərbçilərin təxliyəsinə başlanılıb.

Kanal.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 16-da Mariupoldakı “Azovstal” zavodunun ərazisindəki ukraynalı hərbçilərin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılması barədə razılıq əldə olunub”, - məlumatda qeyd olunub.

Məlumata görə, yaralılar qondarma “dxr”in nəzarətində olan Novoazovskdakı xəstəxanaya yerləşdirilirlər.

Müəssisənin ərazisində atəşkəs elan olunub.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...