
“Azovstal”dakı yaralıların təxliyəsinə başlanıldı
Mariupoldakı “Azovstal” zavodunda olan ukraynalı yaralı hərbçilərin təxliyəsinə başlanılıb.
Kanal.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 16-da Mariupoldakı “Azovstal” zavodunun ərazisindəki ukraynalı hərbçilərin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılması barədə razılıq əldə olunub”, - məlumatda qeyd olunub.
Məlumata görə, yaralılar qondarma “dxr”in nəzarətində olan Novoazovskdakı xəstəxanaya yerləşdirilirlər.
Müəssisənin ərazisində atəşkəs elan olunub.
- Dünya
- 16 May 2022