664ad6ba64152202405245106

Azəri qızı Günel keçmiş sevgilisinə əsəbləşdi: “Pisliyi Allaha tapşırmışam”

Azəri qızı” ləqəbi ilə məşhurlaşan müğənni Günel Zeynalova keçmiş sevgilisi Rza Zərraba ismarış göndərib.

KONKRET.az xəbər verir ki, bir müddət əvvəl Ebru Gündeşlə boşanan R.Zərrab gündəmi zəbt etmişdi.

Günel sosial şəbəkə hesabında foto paylaşaraq vaxtilə ona pislik edənləri Allaha tapşırdığını yazıb:

“Pisliyi Allaha həvalə etməlisən. Pisliyi Allaha həvalə etmək intiqamın ən gözəlidir. Həmişə Allah deyib susuram”.

Qeyd edək ki, illər öncə Günel Zeynalova ilə Rza Zərrab sevgili olublar. Cütlüyü müğənni Ebru Gündəşin ayırdığı deyilir.