631b227eea8f0202209222446

Azərbaycanlı Ukraynada hərbi birləşmə yaratdı - Ruslara qarşı döyüşürlər / VİDEO

Xarkov, Krivoy Roq, Nikolayev, Sum istiqamətində ağır döyüşlər gedir.

Kanal.az Baku TV-yə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 50 km irəliləyərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

Bildirilib ki, Ukraynada yaşayan azərbaycanlılar ilk dəfə İvano-Frankovsk vilayətində ərazi özünümüdafiə qüvvələrinin tərkibində hərbi birləşmə yaradıblar.

“Birləşmənin 30-a yaxın əsgəri var, komandiri də azərbaycanlıdır”, - deyə qeyd olunub.