
Azərbaycanlı gəlinin başına oyun açdılar - Atası gilə qaytardılar
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı qadına işgəncə veriblər.
Kanal.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Marneulinin Təzəkənd kəndində baş verib.
Məlumata görə, 30 yaşlı qadının gəlin olduğu evdə onun saçını qırxıblar. Sonra isə atasıgilə aparıblar.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Bu hadisə Gürcüstan sosial şəbəkələrində müzakirə mövzusu olub. Sonda məlum olub ki, qadın zorla ərə verilib. / lent.az
- Şou biznes
- 10 Aprel 2023