Azərbaycanlı aktrisa od püskürdü: “Dincəlin, bu suallar nə vaxt bitəcək?” Aktrisa Ülviyyə Əliyeva
Maraqlı
24.03.2021 16:06
210

Azərbaycanlı aktrisa od püskürdü: “Dincəlin, bu suallar nə vaxt bitəcək?” Aktrisa Ülviyyə Əliyeva

Loading...

Aktrisa Ülviyyə Əliyeva “Instaqram”da canlı yayım zamanı izləyicilərinin suallarını cavablandırıb.


Axşam.az-ın məlumatına görə, sənətçi şəxsi həyatı ilə bağlı soruşulanlara əsəbiləşib. O, övladının olub-olmaması haqda yazılanlara sərt reaksiya verib:

"Övladım olmur, az bu haqda sual verin. Şəxsi həyatla bağlı suallara görə canlı yayım açmıram. Açan kimi həyat yoldaşın, övladın sualları gəlir. Nişanlanırsan, başlayırlar toy nə vaxtdır? Toyun olur, hamı soruşur bir şey var? Dincəlin, bu suallar nə vaxt bitəcək? Övladım olsa səhifəmdə görəcəksiniz, evimdən səsi gələcək. Əgər mənim evimdən bayquş səsi gəlirsə, deməli övladım yoxdur. Bunu soruşmaqla nə qazanırsınız?".

Loading...
close
close