Azərbaycanlı aktrisa ailə qurur - ÖZÜ DƏ GÖRÜN HANSI MƏŞHURLA -  FOTOLAR
Maraqlı
13.05.2021 07:51
1739

Azərbaycanlı aktrisa ailə qurur - ÖZÜ DƏ GÖRÜN HANSI MƏŞHURLA - FOTOLAR

Azərbaycanlı aktrisa Asya Atakişiyeva nişanlanıb.

Kanal.az xəbər verir, Asya da məşhur cütlüklər siyahısına daxil olur. Belə ki, o həmkarı Əmrah Dadaşovla ailə qurur. Aktrisa sosial şəbəkə hesabına bununla bağlı paylaşım edib. O həri tortunu instaqram hesabında paylaşaraq Əmrahı taq edib.

Xatırladaq ki, bir müddət əvvəl aktrisa Asya Atakişiyevanın sevgilisi aktyor Əmrah Dadaşovla fotosu yayılmışdı.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək "Həyat sən nə qəribəsən", "Qayınana", "Ata ocağı" kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub.


Loading...
Loading...