Azərbaycanın Quru Qoşunları komandanı Türkiyəyə getdi
Gündəm
13.10.2021 17:15
117

Azərbaycanın Quru Qoşunları komandanı Türkiyəyə getdi

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

Kanal.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü – 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.

Paylaş:
Loading...
Loading...