6646ef91bb024202405244801

Azərbaycanın ilk rəqəmsal kənd təsərrüfatı texnika platforması - “Traktor.az”-Video

Bakı Expo Mərkəzi”ndə 17-ci “Caspian Agro” Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisi keçirilir.

"Qafqazinfo" xəbər verir ki, kənd təsərrüfatı sektorunun əsas iştirakçılarının, yerli və xarici mütəxəssislərin, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, eləcə də, fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirən sərgidə Azərbaycanın ilk rəqəmsal kənd təsərrüfatı texnikası platforması olan “traktor.az” ictimaiyyətə təqdim olunub.

“Traktor.az” layihəsinin rəhbəri Fərrux Süleymanov mətbuata açıqlamasında bildirib ki, biz fermerlərə kənd təsərrüfatı texnikalarının əlçatanlığını və satışını həyata keçirən texnoloji həll imkanı təklif edirik: "Bir Nöqtə - Bir Xidmət" anlayışı “traktor.az”ın əsas şüarıdır. Yəni, onlayn platformada hər bir fermer və ya sahibkar  yeni traktorlar və aqreqatlarla tanış olaraq onları  əldə etməklə yanaşı, 40 faiz dövlət subsidiyası üçün müraciət edərək faizsiz və sərfəli lizinq şərtlərindən yararlana bilərlər. Fermerlərə bu platformada, seçdikləri texnikaları digər texnikalarla müvafiq parametrlər üzrə müqayisə edərək daha yaxşı və dəqiq qərarlar vermək  imkanı da yaradılıb”.

F.Süleymanov onu da vurğulayıb ki, “traktor.az”da markasından, ilindən asılı olmayaraq hər kəs rahatlıqla öz məhsulunu yerləşdirə bilər: “Yəni, ümumiləşdirib desək “traktor.az” Azərbaycanda kənd təsərrüfatı texnikalarının satışına dəstək olan platformadır”.

Qeyd edək ki, mayın 17-dək  “Bakı Expo Mərkəzi”ndə  davam edəcək regionun ən böyük sərgisi olan “Caspian Agro”nu ziyarət edəcək hər kəs “traktor.az” stendinə gələrək terminallardan əyani olaraq saytın işləmə prinsipi ilə tanış ola və onları maraqlandıran suallara cavab tapa bilərlər.