Azərbaycandan SƏRT MÖVQE: Əliyev Putinin istəyini geri çevirdi
Gündəm
01.09.2021 11:04
4202

Azərbaycandan SƏRT MÖVQE: Əliyev Putinin istəyini geri çevirdi

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Mirzoyanla görüşdə “Azərbaycan hərbi əsirləri (erməni terrorçular) ilkin şərt olmadan qaytarmalıdır” açıqlamasının sərt tonu rəsmi İrəvana edilən jestdən daha çox, Bakının sərgilədiyi mövqenin Moskvanı qıcıqlandırmasından qaynaqlanır”.

Bu barədə Kanal.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir bildirib. O qeyd edib ki, Əliyev Putinin bu məsələ ilə bağlı istəklərini qəbul etmir: “Lavrov özü də deyir ki, Putin İlham Əliyevlə təmaslarında və digər səviyyələrdə bu siqnalı göndərir. İkincisi, 30 avqustda Moskva Bakıdan istədiyini ala bilməyib. Rusiyanın yeni həmsədri İqor Xovayev Lavrov-Mirzoyan görüşündən bir gün öncə Bakıda Ceyhun Bayramovun qəbulunda oldu və istisna deyil ki, istəklərdən biri də Moskvanın vasitəçiliyi ilə erməni terrorçularla mina xəritələrinin növbəti barteri idi:

1. Ruslara öz vasitəçiliyini nümayiş etdirmək üçün növbəti “kiçik uğur” lazımdır;

2. Ruslar “əsir-mina xəritəsi” məsələsini birdəfəlik həll etmək və Qərbin bölgədə vasitəçiliyinə zəmin yarada biləcək amili aradan qaldırmaq istəyir;

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Asif Nərimanlı əlavə edib ki, Bakı rusların istəyini təkcə mina xəritələrinin çox hissəsinin saxta olmasına görə yox, həm də Moskvanın Qarabağda separatçılara dəstəyinə cavab olaraq geri çevirib; “Bu, ruslar üçün Qərbin (ABŞ) yenidən “humanitar məsələlərdə vasitəçiliyinə” risk yaratması siqnalıdır. Görünür, Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının yubanması və rusların Qarabağda suverenliyimizə təhdidlər yaratması fonunda oyunu açıq və sərt oynayır. Lavrovun açıqlamasının tonu da “gözləmədikləri reaksiyadan” qaynaqlanır”.

Paylaş:
Loading...
Loading...