664c2b03aea33202405240259

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - FOTO

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

BAKU.WS Mərkəzi Banka istinadən xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub

Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.