putin

"Putinə açıq şəkildə dedim ki, bunun bədəli ağır olacaq" - ŞOK AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı ilə bağlı açıqlama verib.

Kanal.az xəbər verir ki, Bayden Ukrayna ilə bağlı Putinə xəbərdarlıq etdiyini deyib.

“Prezident Putinə açıq şəkildə bildirdim ki, əgər Ukraynaya qarşı hərbi əməliyyatlar keçirilsə, ağırlaşdırılmış sanksiyalar tətbiq edəcəyik və bunun bədəli ağır olacaq, NATO müttəfiqlərimizlə birlikdə Avropadakı mövcudluğumuzu artıracağıq”, - Bayden bildirib.

O, bu görüşdən sonra ABŞ-la Rusiya arasında bu ay keçiriləcək Ukrayna danışıqlarına, eləcə də Rusiya və NATO arasında baş tutacaq təmasları da diqqətdə saxlayacaqlarını vurğulayıb. Bayden gedişatın bu danışıqlardan asılı olacağını bəyan edib.