Azərbaycanda ŞOK HADİSƏ: Ərini içirdib,qadını zorladılar – VİDEO
Kanal.az TV
24.04.2021 16:09
847

Azərbaycanda ŞOK HADİSƏ: Ərini içirdib,qadını zorladılar – VİDEO

Xaçmazda kişini içirdib, arvadına təcavüz ediblər.

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki bu barədə ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində ekspert kimi iştirak edən vəkil Şəfiqə Nağıyeva məlumat verib.

O, bildirib ki, əri içkili olan qadın qorxusundan əvvəllər də ona əxlaqsız təklif edən, lakin təklifini rədd etdiyi müdirindən kömək istəyib.

Qadın deyib ki, “Yoldaşım içkilidir, qorxuram, məni qardaşımgilə aparın”. Kişi də ona “Səni bir qadın var, onun evinə aparacağam. Həyat yoldaşın səhər ayılanda geri qayıdarsan” cavabını verib.

Lakin kişi qadını Xaçmaza apararaq, orada təcavüz edib. Qadın başına gələnlərdən utanıb, geri qayıtmaq istəmir. Ona görə də onu zorlayana “Ərimə deyin, məni boşasın” deyir.

Lakin kişi məcburi onu maşına mindirərəl ərinin yanına gətirir. Bundan əlavə, Xaçmaz rayonunun həmin kəndində hamıya deyir həmin qadınla intim münasibətdə olduğu üçün onlara “çörək verir”.

“Kimsən, nəçisən, otelin var, nəyin var?!.. Mən, Şəfiqə Nağıyeva, Xaçmaza gələcəyəm, bu məsələni qaldıracağam. Sənin ixtiyarın yoxdur ki, çörəyə görə sənə möhtac olan insanların başına bu oyunu gətirəsən!” – deyə ekspert qəzəblənib və göz yaşlarını saxlaya bilməyib.


zorlanma hadisəsi
qadini zorladılar
müdür işçini zorladı
Loading...
Loading...