Azərbaycanda polisi güllələyən şəxslər axtarılır - FOTOROBOT
Hadisə
06.06.2021 14:38
791

Azərbaycanda polisi güllələyən şəxslər axtarılır - FOTOROBOT

Loading...

Azərbaycanda polisə atəş açan şəxslər axtarışa verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Qaxda polis əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçan şəxslərin fotorobotu hazırlanıb.

Şübhəli şəxslərin tutulması üçün əməliyyat qrupu yaradılıb və intensiv axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə mayın 21-də qeydə alınıb. Qax rayon Polis Şöbəsinin əməkdaşı iki nəfər silahlı şəxs görüb. Polis həmin şəxslərə yaxınlaşanda onlardan biri polisə atəş açıb. Nəticədə polis əməkdaşı yaralanıb. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 



Loading...
close
close