Azərbaycanda məktəblilər bir neçə şəxs tərəfindən zorlanıb?  DİN AÇIQLAMA YAYDI
Kanal.az TV
03.04.2021 14:34
0

Azərbaycanda məktəblilər bir neçə şəxs tərəfindən zorlanıb? DİN AÇIQLAMA YAYDI

Neftçalada iki məktəblinin bir neçə şəxs tərəfindən zorlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov Oxu24-ə bildirib ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi özünə məxsus səhifədə məlumat paylaşaraq iddia edib ki, Neftçala rayonunda 2 azyaşlı qıza qarşı təcavüz olub:

"Bununla bağlı bildiririk ki, iddia əsassızdır və qərəzdən irəli gəlir. Qeyd edirik ki, rayonun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102 - Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib. Dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib, izahatı alınıb.

Lakin o, qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü bildirib. Buna baxmayaraq, vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna  göndərilib".

Z.Hüseynov qeyd edib ki, V.Nağının iddia etdiyi ikinci halla bağlı isə bu günə qədər Rayon polis Şöbəsinə heç bir şikayət daxil olmayıb. Amma bununla belə o iddia da hazırda araşdırılır.

Kanal.az" target="_blank">Kanal.az

telebeler
zorlama
tecavuz
Loading...
Loading...