Azərbaycanda həkim əməliyyat zamanı ad gününü qeyd etdi - Araşdırma başladı / FOTO+VİDEO
Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
Bildirilib ki, məsələ ciddi araşdırılacaq:
"Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək".
17:41
"Hadisədən xəbərim yox idi. Tibb bacıları otağa daxil olanda çaşıb qaldım. Çevrilib gördüm ki, mənə belə bir sürpriz ediblər. Mən vəziyyəti başa düşənə qədər müəyyən vaxt keçdi. Məni təbrik etmək üçün otağa daxil olanlar da hamısı əməliyyatda iştirak edən tibb bacılarıdır. Onlara mən nə deyə bilərdim ki?"
Bunu Oxu.Az-a sözügedən görüntülərdə yer alan cərrah mama-ginekoloqu Ləman Əliyeva deyib.
O qeyd edib ki, həmin görüntüləri paylaşdığı üçün peşmandır:
"Sadəcə o anda sevincli idik. Bunun mənfi reaksiya ilə qarşılanacağını düşünmədik".
Həkimin sözlərinə görə, baş həkim və direktor onlara xəbərdarlıq edib.
16:12
Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.
Oxu.Az xəbər verir ki, həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib.
Görüntülərdən məlum olur ki, "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.
Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.
Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Ətraflı videoda:
- Gündəm
- 08 Yanvar 2025