64fafa56ce6e1202309234126

Azərbaycanda gənc oğlanlar varlı və yaşlı qadınlara niyə sığınır? – SENSASİON AÇIQLAMA

adasından da oxşar təklif gəldi. Bu dəfə “müştərim” 45 yaşlı dul rus qadın idi. Varlı italyan əri öldükdən sonra ona külli miqdarda miras qalmışdı”.
“Tofiq”in bu həyat tərzi hərbi xidmətdən sonra işlədiyi zamanlarda da davam edib. Dediyinə görə, 2010-cu ildə 250 manat maaş aldığından “tələbəlik vərdiş”ini tərgitmirdi. Pula görə intim xidmət və şeirlər həsr etməyə davam edirdi:
“Görüşdüyüm qadınlardan biri varlı insanın məşuqəsi idi. Məşuqu Bakıda olmayanda mənimlə görüşürdü. Ona buraxılan pulları mənə xərcləməkdən çəkinmirdi. Bir dəfə başqa bir imkanlı xanımla rastlaşdım və məni çox sevdi. Evlənmək də təklif etdi. Əvəzində ən azından “X5” və obyektim olacaqdı. Sadəcə, dərindən fikirləşəndə əslində kim olduğum yadıma düşdü və imtina etdim. Çünki evimə gəlin gətirməliydim, kiminsə evinə gəlin köçməli deyildim. Düzü, müəyyən sosial çətinliklərlə qarşılaşanda onunla ayrıldığım üçün özümü qınadığım da olub. Amma əsas odur ki, puluna görə hansısa qadının qoltuğunun altına keçməmişəm. Normal yaşayıram.
Bəlkə də bu söhbətlər bəzi oxuculara tanış gələr deyə deyim ki, kimisə aldatmamışam. Şərtim şərt, sözüm söz olub. Amma cəmiyyətdə kişi və qadının yeri dəyişməsin deyə həmcinslərimə xanım himayəsinə girməyi tövsiyə etmirəm”.
Günümüzdə isə, “Tofiq”lərin sayı birə-beş artıb. Bu cür mənfi tendensiyanın populyarlaşması mental və sosial dəyərlərin, xüsusilə də ailə insitutunun deqradasiyaya uğraması deməkdir. 
Bizim.Media