Azərbaycanda dörd yüksək vəzifəli şəxsin istefa səbəbi bilindi -  YENİLƏNİB
Gündəm
13.03.2021 13:08
646

Azərbaycanda dörd yüksək vəzifəli şəxsin istefa səbəbi bilindi - YENİLƏNİB

Loading...

“Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə genişmiqyaslı islahatlar aparılır. Hazırda ölkəmizin qarşısında yenilənmək, inkişaf etməklə bağlı vəzifələr dayanır. Biz də həmin çağırışlara qoşulmaq üçün bu addımı atmışıq. Burada qeyri-adi heç nə yoxdur”.

Bunu “Report”a açıqlamasında Hesablama Palatasının işdən çıxmaqla bağlı ərizə yazan auditoru Mehriban Alışanova deyib.

“Hər birimizin kifayət qədər iş stajımız var. Biz işdən çıxmaqla gənc nəsilə yol veririk. Çünki idarəçiliyi öyrənməyə illər lazımdır. Heç kim bizi eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur etməyib. Elə bir söhbət yoxdur”, - deyə o əlavə edib.

Hesablama Palatasının yeddi auditorundan dördü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

“Report”un məlumatına görə, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır.

Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır

Loading...
close
close