
Azərbaycanda dəhşətli qəza: 40-a yaxın maşın toqquşdu - Ölən və yaralılar var / FOTO
Hacıqabul rayonunda 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib, ölən və yaralananlar var.
Kanal.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.
İlkin məlumata görə, zəncirvari qəza zamanı 40-a yaxın avtomobil toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. //report
- Ölkə
- 01 Yanvar 2022