Azərbaycanda daha 144 nəfərin koronavirusa yoluxduğu aşkarlandı:  İki nəfər öldü - FOTO
Ölkə
20.02.2021 21:05
829

Azərbaycanda daha 144 nəfərin koronavirusa yoluxduğu aşkarlandı: İki nəfər öldü - FOTO

Loading...

Azərbaycanda son sutkada koronavirusa 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 232 973 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3195 nəfər vəfat edib, aktiv xəstə sayı 2159 nəfərdir.

Ölkədə son sutka ərzində 8055, hazırkı dövrədək isə 2 543 880 test aparılıb.

Açıklama yok.

koronavirus statistikası
koronavirus
covid 19
Loading...
close
close