Türkiyənin məşhur kardioloqu və dietoloqu Canan Karatay sumağın istifadəsini gündəlik həyatda artırmağı tövsiyyə edib.
Kanal.az xəbər verir ki, milli.az-ın məlumatına görə Karatay bildirib ki, bir yemək qaşığı sumağı isti suya qatıb içməklə bağırsaqlar və qaraciyər təmizlənir.
"Sumaq qatıq ilə birlikdə yeyildikdə və ya çayı hazırlanıb içildikdə təsiri daha da artır. Sumaq antioksidantlarla zəngindir, iltihabı azaldır, həzmi yaxşılaşdırır, qan şəkərini tənzimləyir və ürək-damar sağlamlığını qoruyur".
Həkim qeyd edib ki, sumaq həmçinin antibakterial və antifungal xüsusiyyətlərə malikdir, bəzən xərçəng hüceyrələrinin böyüməsini əngəlləyə bilər. Lakin aşırı istehlakdan çəkinmək və mövcud xəstəliklərdə həkim məsləhəti almaq vacibdir.