DİN-nin Polis Akademiyasının sabiq rəisi polis general-mayoru Nazim Əliyevin evlənməsi haqda xəbər yayılıb.
AZ24.az Gununsesi.info-ya istinadən xəbər verir ki, generalın özündən təxminən 35 yaş kiçik xanımla ailə qurduğu iddia edilir.
Bildirilir ki, təmtəraqlı toy məclisi təşkil edən Nazim Əliyevin yeni həyat yoldaşı ilə nikahı da toy məclisində təsdiq olunub.
Qeyd edək ki, Nazim Əliyev hazırda Vəkillər Kollegiyasının üzvüdür.
