Azərbaycan yığması Qətər qarşısında üstünlüyünü qoruya bilmir - YENİLƏNİR
İdman
27.03.2021 22:32
505

Azərbaycan yığması Qətər qarşısında üstünlüyünü qoruya bilmir - YENİLƏNİR

Loading...

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Macarıstanın Debretsen şəhərində keçirilən oyunda hesab dəyişib.

Qətər yığması 55 və 58-ci dəqiqədə ardıcıl iki qol vuraraq hesabda önə keçib.

Hazırda hesab 2:1 rəqibin xeyrinədir.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 2:1

Qollar: Al Haydos, 55 (pen.), 58 - Ramil Şeydayev, 16 (pen.)

22:05

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Macarıstanın Debretsen şəhərində keçirilən oyunda ikinci hissə başlayıb.

Yığmamız ilk yarını öndə bitirib. Qarşılaşmanın 16-cı dəqiqəsində Ramil Şeydayev penalti zərbəsindən fərqlənib. 

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 0:1

Qol: Ramil Şeydayev, 16 (pen.)

 

21:48

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Macarıstanın Debretsen şəhərində keçirilən oyunda ilk hissə başa çatıb.

Yığmamız ilk yarını öndə bitirib. Qarşılaşmanın 16-cı dəqiqəsində Ramil Şeydayev penalti zərbəsindən fərqlənib. 

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 0:1

Qol: Ramil Şeydayev, 16 (pen.)

 

21:18

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Macarıstanın Debretsen şəhərində keçirilən oyunda hesab açılıb.

Yığmamız hesabda önə keçib. Qarşılaşmanın 16-cı dəqiqəsində Ramil Şeydayev penalti zərbəsindən fərqlənib. 

Hazırda qarşılaşmada ilk hissə davam edir. 

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 0:1

Qol: Ramil Şeydayev, 16 (pen.)

 

21:04

Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Qarşılaşma Macarıstanın Debretsen şəhərində keçirilir.

Hazırda oyunda ilk hissə davam edir, hesab açılmayıb.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 0:0

 

20:21

Beynəlxalq yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək Azərbaycan yığmasının start heyəti açıqlanıb.

Millimiz meydana aşağıdakı “11-lik”lə çıxacaq:

1. Emil Balayev (k), 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Qətər millisinin də heyəti məlumdur:

1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Əhməd Elamin, 16. Khoukhi, 15. Basam El Ravi, 7. Əhməd Allaeldin, 23, Assim Madibo, 20. Abdulsalam, 4. Məhəmməd Vaad, 10. Al Haydos (k), 19. Almoez Ali

Bu gün Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA DÇ-2022-yə ev sahibliyi etdiyi üçün seçmə mərhələdən azad olan Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib.

Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

09:19

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini Qətər yığması ilə sınayacaq.

Qarşılaşma Macarıstanın Debretsen şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qətər yığması Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib, amma bu komanda ilə matçlar hazırlıq xarakteri daşıdığı üçün qrupda xal bölgüsünə təsir etmir.

Azərbaycan yığması Qətərlə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesabı bitib, 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Qətər - Azərbaycan

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.

azerbaycan qeter
azerbaycan qeter oyunu
idman azerbaycan
yoldasliq oyunu
Loading...
close
close