Azərbaycan-Türkiyə-Pakistan birliyi düşmənlərin yuxusunu ƏRŞƏ ÇƏKİB:  Planlar alt-üst oldu
Gündəm
14.09.2021 22:46
0

Azərbaycan-Türkiyə-Pakistan birliyi düşmənlərin yuxusunu ƏRŞƏ ÇƏKİB: Planlar alt-üst oldu

 Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş - 2021” birgə təliminin keçirilməsi region ölkələrini dərindən narahat edir.

Kanal.az xəbər verir ki, Türkiyənin təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Abdullah Ağar bildirib ki, Bakıda keçirilən təlimlər qonşu ölkələr üçün heç bir təhlükə törətmir. Onun sözlərinə görə, bu təlimlər beynəlxalq qaydalara da tam uyğundur. İranın səsləndirdiyi iddiaların da heç bir əsası yoxdur:

“İran Qarabağ müharibəsi vaxtı sərgilədiyi davranışları elə özü daha yaxşı bilir. Qarabağ müharibəsində Türkiyə, Pakistan və Azərbaycan çox sıx yaxınlaşdı. Buna xalqların yaxınlığı, geoloji məsələlər və digərləri səbəb oldu. Əslində İranı da narahat edən budur. Təsəvvür edin ki, Türkiyə ilə Azərbaycanın bir araya gəlməsi necə nəticələr verdi. İndi Pakistanın da onlara qoşulması ilə bu uğurların xəritəsi daha da genişlənəcək. Bu isə, Türkiyə, Pakistan və Azərbaycanla rəqabət aparan planlarını pozur”.

Əlyar / Kanal.az

Loading...
Loading...