“Azərbaycan teleməkanına açıq-saçıq geyimi mən gətirmişəm” - Tanınmış aparıcı
Aparıcı Lətafət Ələkbərova iddialı açıqlaması ilə gündəmə gəlib.
Show.az metbuat.az-a istinadən xəbər verir ki, "Xəbərin var?" verilişində qonaq olan aparıcı teleməkana aparıcılar arasında açıq-saçıqlığı gətirdiyini bildirib:
"20-li yaşlarımda qısa ətəklər, dekolteli köynəklər geyinirdi. O vaxt magistraturada oxuyurdum. Hələ heç kəs buna cəsarət etmirdi. Amma bu cür geyimlər mənə yaraşırdı, 57 kilo idim. Azərbaycan teleməkanına açıq-saçıq geyimləri mən gətirmişəm. İzləyicilər də bunu normal qarşılayırdı, o vaxt sosial şəbəkələr yox idi".
- Şou biznes
- 20 Mart 2024