63524322e1361202210225842

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəldi

İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.

Kanal.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.

Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən Gövhər Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə razılaşıb.

O, hazırda 6,5 xalla 6-cı pillədə yer alıb.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.