1Xbet
1Xbet
Azərbaycan qaz satışından 300 milyon dollar daha çox gəlir əldə edib - FOTO
Ölkə
18.05.2021 00:55
1108

Azərbaycan qaz satışından 300 milyon dollar daha çox gəlir əldə edib - FOTO

Loading...

lkAzərbaycan yanvar-aprel ayları ərzində 7 milyard 837 milyon 538,3 min kubmetr həcmində 1 milyard 131 milyon 480,3 min dollar dəyərində təbii qaz ixracı həyata keçirib.


Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən illə müqayisədə ixrac həcmi 79,5 faiz, ixracdan əldə edilən gəlir isə 37,7 faiz artıb.

İlin dörd ayı ərzində Türkiyəyə 5 milyard 145,9 milyon kubmetr həcmində (708,3 milyon dollar dəyərində), Gürcüstana 1 milyard 738 milyon kubmetr həcmində (227,4 milyon dollar dəyərində) təbii qaz ixrac edilib.

Eləcə də, İtaliyaya - 733,9 milyon kubmetr (150,8 milyon dollar dəyərində), Yunanıstana - 127,8 milyon kubmetr (32,8 milyon dollar dəyərində), Bolqarıstana - 92 milyon kubmetr (12,2 milyon dollar) ixrac baş tutub.

Təkcə aprel ayında isə Türkiyəyə 1 milyard 27,3 milyon kubmetr, İtaliyaya 298,8 milyon kubmetr, Gürcüstana 243,7 milyon kubmetr, Yunanıstana 70 milyon kubmetr, Bolqarıstana 32,3 milyon kubmetr həcmində təbii qaz nəql edilib.

qaz
socar
qaz satışı
qazdan gəlir
Loading...
close
close