1Xbet
1Xbet
Azərbaycan ordusunun giziri dəfn olundu - YENİLƏNİB + FOTO
Ölkə
31.03.2021 13:31
154

Azərbaycan ordusunun giziri dəfn olundu - YENİLƏNİB + FOTO

Loading...

Martın 30-da Xocavənd rayonu ərazisində göldə boğularaq dünyasını dəyişən hərbçi bu gün dəfn olunub.

APA-nın məlumatına görə, gizir Heydər Əliyev doğulduğu Sabirabad rayonunun Bala Həşimxanlı kəndində torpağa tapşırılıb.

H.Əliyevin Vətən müharibəsində Füzulidən Laçın və Şuşaya qədər ağır döyüş yolu keçdiyi bildirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan ordusunun  giziri Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

09:55

Azərbaycan ordusunun hərbi qulluqçusu göldə boğulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən Azərbaycan ordusunun giziri Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Loading...
close
close