Azərbaycan ordusu Kərki və Əskiparada post quracaq - Şahnazaryan

  • Ölkə
  • 12 Yanvar 2022 15:15
Azərbaycan ordusu
  • Oxunub: 2578

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan erməni mediasına müsahibə verib.

Kanal.az xəbər verir ki, Şahnazaryanın səsləndirdiyi bəzi fikirlər Ermənistanda birmənalı qarşılanmayıb. O bildirib ki, Ermənistan üçün ikinci əsas təhlükə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasıdır. Şahnazaryan qeyd edib ki, proses uzun sürməyəcək və nəticədə Gorus-Qafan yolunda olduğu kimi Kərki və Əskipara kəndlərinin yaxınlığındakı ərazilərdə də Azərbaycanın sərhəd və gömrük-keçid məntəqələri yaranacaq.

Şahnazaryan kommunikasiyaların blokdan çıxarılmasını Ermənistan üçün üçüncü böyük təhlükə hesab etdiyini deyib:

“Görünür, onlar artıq bu barədə razılığa gəliblər. Söhbət Azərbaycanı Naxçıvanla birləşdirməli olan marşrutdan gedir. Ermənistanda bütün kommunikasiyaların açılmasından danışırlar” – deyə Şahnazaryan vurğulayıb. / Konkret.az

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...