Azərbaycan ordusu Kərki və Əskiparada post quracaq - Şahnazaryan
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan erməni mediasına müsahibə verib.
Kanal.az xəbər verir ki, Şahnazaryanın səsləndirdiyi bəzi fikirlər Ermənistanda birmənalı qarşılanmayıb. O bildirib ki, Ermənistan üçün ikinci əsas təhlükə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasıdır. Şahnazaryan qeyd edib ki, proses uzun sürməyəcək və nəticədə Gorus-Qafan yolunda olduğu kimi Kərki və Əskipara kəndlərinin yaxınlığındakı ərazilərdə də Azərbaycanın sərhəd və gömrük-keçid məntəqələri yaranacaq.
Şahnazaryan kommunikasiyaların blokdan çıxarılmasını Ermənistan üçün üçüncü böyük təhlükə hesab etdiyini deyib:
“Görünür, onlar artıq bu barədə razılığa gəliblər. Söhbət Azərbaycanı Naxçıvanla birləşdirməli olan marşrutdan gedir. Ermənistanda bütün kommunikasiyaların açılmasından danışırlar” – deyə Şahnazaryan vurğulayıb. / Konkret.az
- Ölkə
- 12 Yanvar 2022