61e7b65295b19_neft18

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,82 ABŞ dolları, yaxud 4,11 % azalaraq 112,33 ABŞ dollarına düşüb.

Kanal.az xəbər verir ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.