Azərbaycan klublarının Avropadakı yeni mövqeyi açıqlandı

  • İdman
  • 21 Yanvar 2022
61ea5de00b370_158575_ccv2tvinmg

Azərbaycan klublarının Avropadakı yeni mövqeyi bəlli olub.

Kanal.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının hazırladığı siyahıya əsasən, ən yaxşılar arasında Azərbaycanın 2 klubu yer alıb.

Bunlar "Qarabağ" və "Neftçi"dir. Ağdam klubu 133 xalla Avropada 67-ci yerdədir. Təmsilçimiz “Malmö” və “Ferensvaroş”la eyni göstəriciyə malikdir.

“Neftçi” isə Avropada 148-ci yeri bölüşür. 78,5 xalı olan "ağ-qaralar" “Elfsborq” və “Başakşəhər”lə şərikdir.

Avropanın ən yaxşısı “Mançester Siti”dir. İngiltərə klubunun 300 xalı var.

Oxşar xəbərlər