62fa2d99721ec202208222721

Azərbaycan İslamiadada növbəti medalı qazandı

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında növbəti medalı qazanıb.

Kanal.az xəbər verir ki, ağırlıqqaldırmada Dadaş Dadaşbəyli gümüş medala sahib çıxıb.

102 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 174 kq-ın öhdəsindən gəlib.