6334058d0dbcf202209222757

“Azərbaycan Ermənistana silah satışının qarşısını alır” – Paşinyan

“Azərbaycan Ermənistana silah ixracının qarşısının alınmasında mühüm rol oynayır”.

Kanal.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, bəzi ölkələr, o cümlədən Ermənistan Respublikasının müttəfiqləri yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər, bunun üçün ilkin sifariş verilib.

"Hətta elə hallar var ki, yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri, o cümlədən müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik",- deyə Paşinyan cümə axşamı Ermənistan parlamentinin iclasında deyib.

Baş nazirin sözlərinə görə, bu, bir məqsədlə, yəni “Ermənistanın suverenlikdən, dövlətçilikdən, ərazi bütövlüyündən əl çəkməsi” üçün həyata keçirilir.