Azərbaycan çempionatında bürüncün sahibi bəlli oldu

  • İdman
  • 21 May 2022 19:33
628917f64b8ff_zire
  • Oxunub: 88

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün sonuncu turu keçirilib.

Kanal.az xəbər verir ki, bürünc medalların taleyini yaxından maraqlandıran oyunlarda "Zirə" "Şamaxı"nı, "Qəbələ" isə "Sabah"ı qəbul edib.

Paytaxtdakı matçda qapılara qol vurulmayıb. Əyalətdəki qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 47-yə çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub və bürünc medallara sahib çıxıb. "Şamaxı" hələlik 22 xalla 6-cı sıradadır.

45 xalı olan "Qəbələ" mövsümü 4-cü, 41 xalı olan "Sabah" isə 5-ci yerdə bitirib.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Sumqayıt" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...