Azər Baxşəliyev həyata qaytarıldı - Süni tənəffüs aparatına qoşulub - AÇIQLAMA
Həkimlər ağır vəzyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.
Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.
O, qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub.
A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.
Hazırda onun müalicəsi ATU Tedris Cerrahiyye Klinikasinda davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl aktyorun ölüm xəbəri yayılıb. / Report
***
Komada olan aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Nigar ötən ilin 23 dekabrında qızları ilə çəkilən ailə fotosunu “story”də paylaşıb.
O, fotoya “Möcüzə olsun” qısa şərhini yazıb.
- Gündəm
- 02 Yanvar 2025