“Redaksiyamıza 2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL Embraer E190 təyyarəsi ilə bağlı sensasion materialların yer aldığı anonim məktub daxil olub”.
Kanal.az xəbər verir ki, bu barədə “Minval.az” saytı məlumat yayıb.
Məktubda Rusiya Müdafiə Nazirliyinin göstərişi ilə atəş açıldığını iddia edən hava hücumundan müdafiə kapitanının izahat yazısı, o cümlədən video, audio yazılar, texnikanın bərbad vəziyyətdə olması ilə bağlı təfərrüatlar var.
“Mənə ünvanlanan suallara əsasən bildirirəm ki, mən – kapitan Paladıçuk Dmitri Sergeyeviç, BM №274-ün komandiri, hesablamanın rəisi, 24.12.24-dən 25.12.24-ə qədər Qroznı şəhərinin hava hücumlarından müdafiəsi üzrə döyüş növbəsində olmuşam. 08:11-də hədəf aşkar edən stansiya tərəfindən mümkün hədəf müəyyən edildi və mən onu dəqiq izləməyə götürdüm, bu barədə 51-ci diviziyanın komanda məntəqəsinə məlumat verdim. 08:13-də koordinatları yeniləyərək bildirdim: α = 338 dərəcə, məsafə = 7000 m, hündürlük = 490 m, sürət = 118 m/s, istiqamət = 230 dərəcə.
Mənə telefon vasitəsilə hədəfi məhv etmək əmri verildi. Hədəf optik sistemdə görünmürdü – çox sıx duman səbəbindən, bu barədə də məruzə edilmişdi. 08:13:30-da operatora atəş açmaq əmri verdim. 08:13:33-də raket buraxıldı. 08:13:47-də BM-72V6 sistemi hədəfin buraxıldığı barədə bildiriş verdi. 08:13:48-də təkrar atəş açmaq əmri verdim”, – izahatda deyilir.
Təyyarənin vurulması əmrinin verdiyi anı təqdim edirik:
Redaksiya qeyd edir ki, bu izahatın kapitanın imzası ilə təsdiqlənməsinə baxmayaraq, onun həqiqiliyini təsdiq etməyi öhdəliyinə götürmür:
“Amma məzmununu təsdiqləyən üç səsli mesajın səs yazısını real adlandırmaq olar. Biz danışıqların tam stenoqramını açıq şəkildə təqdim edə bilmərik, onların hələ də istintaq orqanları tərəfindən öyrənilməsinə ehtiyac var.
