65f2a3a971e64202403241345

Aysun ana olacaq

Müğənni Aysun İsmayılova ana olacaq.

Publika.az xəbər verir ki, bu haqda məlumat "Tarixin bir günü" verilişində üzə çıxıb.

Proqramın canlı efirinə zəng edən Aysunun müğənni anası Rəqsanə İsmayılova məlumatı təsdiqləyib.

Verilişin aparıcısı Tarix Əliyevin (Tolik) "Rəqsanə, 6-7 aydan sonra nənə olacaqsan?" sualına müğənni belə cavab verib:

"Dedim qızıma ki, məni qocaltma. Çox gözəl hissdir. Aysunla fəxr edirəm. Namusu, tərbiyəsi, qabiliyyəti, mədəniyyəti ilə özü - özünün yerini tutun, saxlayıb".
Qeyd edək ki, Aysun İsmayılova ötən ilin sonlarında ikinci dəfə ailə həyatı qurub. O, vəkil Ramil Vəliyevlə nikaha girib.