641767ad8cf9c202303235109

Ayrı yaşadığı arvadının hamilə olduğunu öyrəndi - Kimlə münasibətdə olduğunu biləndə... / FOTOLAR

İstanbulda Erhan Yöndemir adlı şəxs avtomobili ilə ətrafa zərər verərək, hərəkətə davam edib.

Kanal.az xəbər verir ki, hadisə barədə polisə məlumat verilib. Dərhal polis əraziyə gələrək, şübhəlini saxlayıb. Bildirilir ki, şübhəli qəzəbli və spritli içkinin təsiri altında olub. O ayrı yaşadığı arvadının hamilə olduğunu öyrənəndən sonra onun qaldığı evə getmək istəyib. Qəzəbli olan sürücü qayda pozuntularına səbəb olaraq, nəqliyyat vasitələrinə zərər vurub. Sürücü həbs edilib.

Qadının kimlə münasibətdə olduğu və onun həqiqətən hamilə olması xəbəri barədə əlavə məlumat paylaşılmayıb.