61ee8e8edb8be_karqo-720x403

Aylıq 300 dollarlıq limit ləğv olunacaq? - DGK rəsmisindən AÇIQLAMA

“Gömrük daxilolmalarında 300 dollarlıq limitin tətbiqi və ya ləğvi Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətində deyil”.

Kanal.az xəbər verir ki, bunu DGK-nin mətbuat xidmətinin rəhbəri Natiq Axundov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qurum rəsmisi qeyd edib ki, bu cür qərarlar hökumətin səlahiyyətindədir:

“Buna Nazirlər Kabineti qərar verir və Dövlət Gömrük Komitəsi icra edir”.