Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan "Səhər görüşləri" proqramında qonaq olub.
Kanal.az axsam.az-a istinadən xəbər verir ki, Canan anasından danışıb. O, darıxdığını deyərək, göz yaşı töküb:
"Anam görməmişəm özü üçün nəsə saxlasın. Heç mənim üçün də etməyib ki, götürüm uşağıma verim. Onda elə ürək var idi ki... Hər kəs, heç tanımadığı insanın uşağına belə məndən yaxşı baxardı.
Sənətkar üçün darıxmaq lazım deyil. Hər zaman var. Mən sənətkar üçün darıxmıram, ana üçün darıxıram (ağlayır). Anasız qalan tək uşaq deyiləm. İstəmirəm ürəyimdə olanı Azərbaycan xalqının qarşısına qoyum ki, mənə yazıqları gəlsin. Çox adam mənim yolumu keçib. Bir insanın ağrısı başqasınınkından nə çox, nə azdır".
Qeyd edək ki, A.Bəylər uzun sürən xərçəng xəstəliyindən sonra ötən il dünyasını dəyişib.