Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu ilə qaçdığı bildirilən qız açıqlama verib.
Yenisabah.az xəbər verir ki, Nəzrin Babayeva “TikTok” sosial şəbəkəsindən etdiyi çıxışda zorla qaçırılmadığını deyib.
O, axund Tahirov Turab Əliqan oğlu ilə könüllü qaçdığını, xoşbəxt olduğunu bildirib:
"Mən 17.06.2025-ci il tarixində Tahirov Turab ilə bərabər heç bir məcburiyyət və təhdid olmadan öz istəyimlə gəlmişəm. Niyyətimiz ailə qurmaq və xoşbəxt olmaqdır. Burada heç bir zorakılıq görmürəm. Öz rızamla gəlmişəm və peşiman da deyiləm. Çox xoşbəxtəm və yaxşı ki, gəlmişəm. Xahiş edirəm ki, mənim bu sözlərimi nəzərə alın. Yazılıbki, Nəzrin dərsdən, quran kursundan qaçırılıb və Turab Tahirovun tələbəsi olub. Xeyir. Mən Turab Tahirovun tələbəsi olmamışam. İki ilə yaxındır ki, məscidə getmirəm. Bunu da qeyd edim ki, qızlara dərs deyən, kişi yox, qadın müəllimdir. Bunu necə düşünə bilmirsiniz?
Durduq yerə də qaçmamışam. Turab Tahirov mənə dəfələrlə elçi göndərib və bizim biri-birimizi sevdiyimizi vurğulayıb. Ailəm isə “Bizim boşanmışa veriləsi qızımız yoxdur” – deyib. Mən də istədiyimə görə və sevgimi nəzərə almadıqlarına görə qaçmışam".
Nəzrin özü Turabı onu qaçırmağa məcbur etdiyini bildirib:
"Hətta Turab Tahirov mənə dəfələrlə deyib ki, qoy 18-19 yaşın olsun, sonra gedək. Amma mən onu məcbur etdim ki, dözə bilmirəm, evdə işgəncələr görürəm, təhqirlər, söyüşlər eşidirəm, döyülürəm. Gəl, məni apar, səninlə xoşbəxtəm. Ailəm və ata tərəf nəslim məni yerə yıxıb, başımdan hicabımı açmaq istəyiblər. Məni namazımdan və dinimdən uzaqlaşdırmağa çalışıblar. Dəmiri qızdırıb bədənimə basıblar. Bir qabı götürüb yerinə qoymadığıma görə hər cür işgəncələr veriblər. Mənim Turab Tahirovla getməyimi də anamın razılığı var idi. Ona əvvəlcədən demişdim. Lazım olsa, səslərini də yönləndirərəm.Onun da niyyəti mənim xoşbəxt olmağımdır. Onun ən böyük sevinci mənim xoşbəxt olmağımdır".
O, atasının efirdə yalan ifadələr verdiyini iddia edib:
"Problem yaradan da Emin Babayev – atam olacaq şəxsdir. Çıxıb verilişdə yalan məlumatlar verir. Turab Tahirovun 40 yox 35 yaşı var. Mənim də 17 yaşım var. Məktəbi də bitirmişəm. Ağlayıb, sızlayır ki, mənim qızımı yoldan çıxardıb. Bildirir ki, bizi əziyyətlə böyüdüb. Heç bir əziyyət də çəkməyib. Bizi əziyyətlə böyüdən və hər problemimizin arxasınca qaçan anamdır. Əynimizin paltarından tutmuş, başımızın hicabına qədər alan anamdır. Atam yalvarsaq belə bizi gün işığına belə çıxartmayıb. Benzin pulunu belə bizdən alan adam, hansı əziyyətlə böyüdə bilər? Xahiş edirəm bizi rahat buraxın. Efirdə danışılan hər bir söz də yalandır. Doğru olan tək şey Turab Tahirovla öncədən yaxın əlaqəmizin olmamasıdır. Biz biri -birimizi üç ildir ki, sevirik və sevgimizə də sahib çıxırıq. Burada heç bir qeyri-qanuni iş yoxdur. Turab Tahirovun 20 min yığıb qaçması da yalandır. Bapbalaca kəndə o qədər pulun yığılması mümkün deyil. O məscid Turab dahirovdan öncə və sonra nə halda olduğuna açıb sosial şəbəkələrdə baxa bilərsiniz. Orada kurs tikildi, qapısı, bacası təmir olundu. O insan maaşının 4/1 hissəsini məscidə yatırırdı. Heç kəs də yardım etmirdi. 20 min haradan çıxdı. Haqqımıza girməyin. Yazdığınız rəylərə baxdıqca dəhşətə gəlirik. Gözünüzlə görmədiyiniz bir şeyi necə yaza bilirsiniz? Mən hər cür çətinliyi görmüşəm. Mənim də xoşbəxt olmağa haqqım var. Buna mane olmayın. Bütün bu dediklərimi nəzərə alın.
Efirdə fikir versəniz görərsiniz ki, Emin Babayevin psixologiyası yerində deyil. Öldürəcəm, kəsəcəm, deyir. Emin Babayev qaynanamgilin evinə gəlib, onları təhdid edib. Həmin günün gecəsi gecə saat 3-4 radələrində 2 bacısını, qardaşını və babaı gətirərək, əlində bıçaqla qaynanamgili, qaynımgili və gəlinbacıları öldürməyə gəlib. Onlar da qorxularından qapını açmayılar. Səhərə qədər də getməyiblər. İmkan verin xoşbəxt olaq. O insan mənə deyirdi ki, mənim boşanmışa verəcək qızım yoxdur. Qızı mini istəyər, biri alar. Amma o birinə də vermirdi. Evlənmək söhbətini yığışdır deyirdi. Döyürdü, söyürdü. O insan mənim başıma saç qoymayıb. Ancaq boş-boş danışmağı bilirsiniz".
Qeyd edək ki, Nəzrinin bu müraciəti öz iradəsi ilə verib-verməməsi də sual doğuran məsələdir. Bu isə hüquq-mühafizə orqanlarının araşdıracağı məsələdir.