621f518690ab7_page (1)

Avropa yenidən nüvə fəlakətinin astanasında: Yeni Çernobıl yaşana bilər - VİDEO

Avropa yenidən nüvə fəlakətinin astanasındadır. Bu barədə sosial şəbəkələrdə həyəcan təbili çalınıb.

Belə ki, Ukraynada Avropanın ən böyük Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi Enerqodar şəhərinin görüntüləri paylaşılıb və bildirilir ki, bura döyüşə hazırlıq şəraitinə gətirilib.

Məlumatda AES-in Ukrayna Milli Qvardiyası tərəfindən qorunduğu vurğulanıb.

“Mərmilər reaktorun beton divarını yarıb keçə bilməsə də, AES-in təhlükəsizliyi üçün zəruri olan transformatorları, turbinləri və digər avadanlıqları mütləq zədələyəcək. Nəticədə Enerqodarda da Çernobıl və ya Fukusima AES-dəki kimi qəzalar baş verə bilər. Yeni Çernobıl üçün şərait yaratmayın! Radiasiya millət tanımaz, heç kimə aman verməz!”, - deyə xəbərdarlıq edilir və rusiyalı hərbçilərə Enerqodardan, həmçinin Zaporojye AES-dən yan keçmək tələb olunub.