Avropa TƏŞVİŞDƏ: Qazın qiyməti 600 dolları ötdü -  Bahalaşmanın İLGİNC SƏBƏBLƏRİ
İqtisadiyyat
31.08.2021 19:43
362

Avropa TƏŞVİŞDƏ: Qazın qiyməti 600 dolları ötdü - Bahalaşmanın İLGİNC SƏBƏBLƏRİ

Niderlandın TTF qovşağında qazın qiyməti tarixi rekord qırıb.

Kanal.az xarici mediaya istinadən xəbər verir ki, hər min kubmetr üçün qazın qiyməti 608 dollara yüksəlib.

“Bloomberg”in müxbiri Stefan Stapjinski  özünün Twitter hesabında səbəbləri bu cür izah edib: “CO2 kvotasının yüksək qiyməti, eləcə də  Norveç və Rusiyadan tədarükün zəif olması”. Buna ABŞ -da tüğyan edən “İda” qasırğası səbəbindən LNG –nin (Mayeləşdirilmiş təbii qaz) müştərilərə çatdırılmasının gecikdiriləcəyi qorxusu da əlavə edilib.

Qazın qiymətinin artması  Avropa Birliyi ölkələrində  elektrik enerjisinin topdan satış qiymətlərinə də dərhal təsir edib. Belə ki, Almaniyada bir meqavat enerjinin qiyməti 110 avroya yüksəlib.

Avropada qazın qiymətinin artması ən çox Rusiyaya mənfəət qazandırıb. Belə ki, “Qazprom”un  ilin birinci yarısında xalis mənfəəti 995 milyard rubl təşkil edib. Bu da ötən illə müqayisədə 22 dəfə çoxdur. Qazprom İdarə Heyəti sədrinin müavini Famil Sadıqov bildirib ki, bu nəticə əməliyyat xərcləri üzərində ciddi nəzarətin təmin olunmasına kömək edəcək.

Bahalaşmanın səbəblərindən biri də LNG tədarükçülərinin Avropaya qaz ixracatını 8 ay ərzində 17 milyard kubmetrdən çox azaltması və yüklərin daha gəlirli Asiya və Cənubi Amerikaya yönləndirilməsidir. Qazprom müqavilə öhdəliklərini yerinə yetirdiyini və “Nord Stream 2”nin işə salınmasından sonra əlavə sifarişlərin yerinə yetiriləcəyini bildirib. Onun buraxılışı keçən ilin ilk yarısında baş tutmalı idi, lakin ABŞ-ın sanksiyaları layihənin tamamlanmasını bir il yarımdan çox gecikdirib. / Konkret.az

Paylaş:
Loading...
Loading...