639c2ea82a412202212223904

Avropa klubu Qurban Qurbanovun oğlunu transfer etmək istəyir - ŞOK məbləğ açıqlandı

Polşanın “Poqon” klubunun “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib.

Kanal.az xəbər verir ki, “Poqon” Azərbaycan millisinin üzvünün transferinə görə 350 min avro xərcləməyə hazırdır

“24kurier.pl” saytının məlumatına görə, hücum xəttində ciddi problemlər yaşayan klub qış transfer dövründə 20 yaşlı futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa Qurbanlının klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.