64258975b191a202303230701

Atam erotik filmlərə çəkildiyimi biləndə çox duyğulandı: Özü də izləyib / FOTO

4 il erotik filmlərə çəkiləndən sonra təqaüdə çıxan Sarai Minx adlı qadın kariyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.

 Kanal.az xəbər verir ki, o, ailəsinin onun açıq filmlərə çəkilərkən verdiyi reaksiyadan danışıb. Sarai Minx bildirib ki, atası bunu biləndə çox duyğulanıb və ağlayıb. Sarai Minx kariyerasına başlayandan sonra bir müddət evə getməyib. Onun sözlərinə görə, atası onun filmlərini izləyəndən sonra zəng edərək, onun evə gəlməsini istəyib. Atası “Sənin böyüklər üçün filmini izlədim. Mən sənin sirrini bilirəm” deyərək qızının evinə qayıtmasını istəyib. Sarai Minx bildirib ki, kariyerasına başlayanda sirrini yalnız anası ilə bölüşüb. “Onlara bildirmək mənim üçün çox çətin idi. Sadəcə anama dedim. İlk filmim çıxandan sonra atam xəbər tutdu. Çünki o, artıq görmüşdü. Atam böyüklər kino ulduzu olduğumu biləndə çox ağladı” - Sarai Minx bildirib.