6413779adf7f1202303231002

Ata qızının otağından oğlan səsi eşitdi - İçəri girəndə gördüklərinə inanmadı / Biabırçı hadisə

Məktəblilər şagirdlərdən birinin evinə yığışaraq əyləncəli vaxt keçirmək istəyərkən xoşagəlməz hadisə baş verib. 

Kanal.az xəbər verir ki, gənclər müxtəlif əyləncəli oyunlar oynayarkən oğlanlardan biri qıza qarşı qeyri etik davranışlar sərgiləyib. Qız oğlana bir neçə dəfə uca səslə xəbərdarlıq etsə də, yeniyetmə oğlan buna məhəl qoymayıb. Qızın səsini eşidən ata otağa girəndə oğlanın qeyri etik davranışlarını müşahidə edib. O, oğlanın yeniyetmə olduğunu nəzərə alaraq, ona qarşı güc tətbiq etməyib. Valideyn yeniyetməni evdən qovub. Bildirilir ki, məsələ barədə şagirdin təhsil aldığı məktəbin rəhbərliyinə də məlumat verilib. 

Qeyd edək ki, Braziliyada baş verən hadisə barədə xarici KİV-lərdə məlumat verilib.