Aşıq Tellidən lotereyadan 1 milyona yaxın pul udan sakinə: Varlı adama oxşayırsan - VİDEO

  • Ölkə
  • 06 Mart 2023
6405c4f728a31202303234823
  • Oxunub: 5943

Xəbər verdiyimiz kimi, Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. 

Kanal.az xəbər verir ki, uduş qazanan şəxs Xaçmaz sakini Kamran Məmmədsəidovdur. O 913 072 manatlıq tarixi cekpotun sahibi olub.
Şanslı qalib ATV-də yayımlanan "Zaurla günaydın" verilişinə qonaq olub və qazancı nə edəcəyi haqda sualları cavablandırıb.
Kamran Məmmədsəidov deyib ki, qazancından 10 min manatı "YAŞAT Fondu"na, 10 min manatı AFAD-a, 10 min manatı isə Heydər Əliyev Fonduna köçürəcək. 

O həmçinin deyib ki, kəndlərində məscidi təmir etdirəcək.

Oxşar xəbərlər